21:31 / 09-04-2026
İki azyaşlı yaralandı
Bütün xəbərlər
Tramp Quaydonu "prezident vəzifəsinin icrasına başlaması" münasibətilə təbrik edib
Tarix: 31-01-2019 02:57 | Bölmə: Karusel

                         

Amerika lideri Donald Trampla özünü müvəqqəti prezident elan etmiş Venesuela Milli Məclisinin rəhbəri Xuan Quaydo arasında telefon danışığı olub.
"Report" xəbər verir ki, bu barədə "ABC News" Ağ Evə istinadən məlumat yayıb.
"O, (Tramp - red) onu (Quaydonu - red) prezident vəzifəsinin icrasına başlaması münasibətilə təbrik edib, həmçinin yenidən Venesuelada demokratiyanın bərpası mübarizəsinə güclü dəstəyini təsdiq edib", - deyə Ağ Evin açıqlamasında bildirilir.
Qeyd edilir ki, Quaydo ABŞ-ın Venesuelanın çiçəklənməsi və azadlığına sədaqəti sözlərinə görə Trampa minnətdarlığını bildirib.
Quaydo həmçinin bütün Venesuelada bu gün və şənbə günü Maduroya qarşı keçirilməli olan iri miqyaslı etirazların əhəmiyyətini qeyd edib. 
Daha əvvəl Tramp bildirib ki, bu gün Venesuelada böyük etiraz aksiyasının keçiriləcəyi gözlənilir.







Baxış sayı: 359


Bölməyə aid digər xəbərlər