21:31 / 09-04-2026
İki azyaşlı yaralandı
Bütün xəbərlər
Qaraçay-Çərkəz Respublikasının rəhbəri Azərbaycana gələcək
Tarix: 30-01-2019 16:20 | Bölmə: Karusel



Fevralın 1-də Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasının rəhbəri Raşid Temrezovun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gələcək.
İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində görüşlər keçiriləcək, ölkəmizlə Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikası arasında iqtisadi əməkdaşlığın hazırkı vəziyyəti və genişləndirilməsi imkanları müzakirə ediləcək.
Qaraçay-Çərkəz Respublikası nümayəndə heyəti səfər zamanı bir sıra müəssisələrdə də olacaq.



Baxış sayı: 357


Bölməyə aid digər xəbərlər