21:31 / 09-04-2026
İki azyaşlı yaralandı
Bütün xəbərlər
Bakı sakinini döyərək mobil telefonu və qol saatını oğurlayan şəxslər saxlanılıb
Tarix: 30-01-2019 16:14 | Bölmə: Karusel

                

Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini Z.Zalov yanvarın 28-də saat 23 radələrində N.Hacıyev küçəsində 3 nəfərin onu “Niva” markalı avtomobilə mindirərək döyüb mobil telefonunu və qol saatını aldıqlarını bildirib.
DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, məlumatla əlaqədar dərhal müvafiq araşdırmalar başlanılıb. Aparılmış əməliyyat-axtarış tədbirləri ilə həmin cinayət əməlini törətməkdə şübhəli bilinən şəxslər qısa müddətdə müəyyən ediliblər. Onlardan paytaxt sakinləri B.Səfquliyev və R.Sadıxov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə cinayət işi başlanıb.
Nərimanov RPİ-də araşdırma aparılır.



Baxış sayı: 322


Bölməyə aid digər xəbərlər