21:31 / 09-04-2026
İki azyaşlı yaralandı
Bütün xəbərlər
Xaçmaz sakininə xəsarət yetirən şəxs saxlanılıb
Tarix: 30-01-2019 15:08 | Bölmə: Karusel

               

Yanvarın 29-da Quba Rayon Polis Şöbəsinə Xaçmaz rayon sakini Ş.Arginiskinin qapalı kəllə-beyin və kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə məlumat daxil olub.
DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Araşdırmalarla hadisənin həmin gün saat 19 radələrində rayonun Gültəpə kəndi ərazisində Xaçmaz şəhər sakini X.Aydınov tərəfindən törədilməsi müəyyən edilib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən X.Aydınov polis əməkdaşları tərəfindən saxlanılıb.
Quba RPŞ-də araşdırma aparılır.



Baxış sayı: 336


Bölməyə aid digər xəbərlər