Bütün xəbərlər
Qar 20 min sakinlə əlaqəni kəsdi – İranda
Tarix: 29-01-2019 12:46 | Bölmə: Karusel

                  

İranın Lorestan vilayətində Əliqudərz rayonu ilə Zəz və Mahru zonası arasında əlaqə kəsilib.
Trend-in məlumatına görə, bunu İranın Lorestan vilayətinin qubernatoru Həmid Kəşkuli açıqlamasında deyib.
Kəşkulinin sözlərinə görə, Gəllə-Baduş aşırımında 2 metr hündürlüyündə qar 20 min sakinlə əlaqənin kəsilməsinə səbəb olub.
Kəşkuli dağlıq və soyuq zona olduğuna görə, vilayətin bu zona sakinləri ilə il ərzində bir neçə dəfə əlaqənin kəsildiyini deyib.



Baxış sayı: 373


Bölməyə aid digər xəbərlər