Bütün xəbərlər
Gürcüstandan Azərbaycana qanunsuz yolla siqaret və spirtli içki keçirilməsinin qarşısı alınıb (FOTO)
Tarix: 29-01-2019 12:26 | Bölmə: Karusel

                     

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan Azərbaycan Respublikasına "Mercedes Benz" markalı nəqliyyat vasitəsi ilə gələn Azərbaycan vətəndaşının avtomobili saxlanılıb və gömrük baxışı keçirilib.
Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə baxış keçirilib. Baxış zamanı nəqliyyat vasitəsinin arxa oturacağının içərisində gizlədilmiş 3200 ədəd "Gold Mount" markalı siqaret aşkar edilib.
Bununla yanaşı, "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "VAZ-2106" markalı nəqliyyat vasitəsi ilə gələn Azərbaycan Respublikası vətəndaşının avtomobili saxlanılıb və gömrük baxışı keçirilib.
Sorğu-sual zamanı vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirsə də, gömrük baxışı vaxtı avtomobilin salonunda - ayaq altı hissəsinə qoyulan yüklərin altında üzərində "Hlibny Dar" yazılan 15 ədəd spirtli içki və mühərrikxanasında qara sellofan torbada, üzərində "Gold Mount" yazılan 4800 ədəd siqaret aşkarlanıb.
Hər iki faktla bağlı araşdırma aparılır.

















Baxış sayı: 345


Bölməyə aid digər xəbərlər