Bütün xəbərlər
Meksikada tropik fırtına insan ölümünə səbəb olub
Tarix: 29-01-2019 10:12 | Bölmə: Karusel

                         


Meksikanın Kintana Roo ştatında tropik fırtına nəticəsində 1 nəfər həlak olub, 4 nəfər isə itkin düşüb.
Trend-in "Nacional" nəşrinə istinadən verdiyi məlumata görə, Lasaro Kardenas bələdiyyəsində göyərtəsində 4 nəfər olan balıqçı gəmisi itkin düşüb. Playe-del-Karmendə ağac və reklam lövhələrinin aşmasl nəticəsində bir neçə nəfər xəsarət alıb, Kankun şəhərində isə bir nəfər həlak olub.
Dünya turistləri arasında populyar olan Kankun, Holboş, Playe-del-Karmen və İsla-Muheres şəhərlərində güclü külək çox sayda ağaçı aşırıb, bir neçə ev su altında qalıb.



Baxış sayı: 280


Bölməyə aid digər xəbərlər