Bütün xəbərlər
ABŞ-da atışma baş verib: 5 polis əməkdaşı yaralanıb
Tarix: 29-01-2019 09:37 | Bölmə: Karusel

ABŞ-ın Hyuston şəhərində polis əməkdaşları və silahlı şəxs arasında atışma baş verib.
Trend-in məlumatına görə, bu barədə şəhərin polis idarəsinin "Twitter" səhifəsində paylaşılan məlumatda deyilir.
Məlumatda bildirilir: "Zabitlər şübhəli bilinən şəxslə qarşılaşmadan sonra odlu silahdan xəsarət alıblar. Zabitlər xəstəxanaya aparılır".
Daha sonra "Twitter" səhifəsində 5 polis əməkdaşının yaralandığı bildirilib: "Hazırda biz təsdiq edə bilərik ki, 5 asayiş keşikçisi yaralanıb və xəstəxanaya yerləşdirilib".
İnsidentin təfərrüatları barədə məlumat verilmir.



Baxış sayı: 352


Bölməyə aid digər xəbərlər