Bütün xəbərlər
Burkina-Fasoda silahlılar hərbi bazaya hücum edib: 4 hərbçi öldürülüb
Tarix: 29-01-2019 09:30 | Bölmə: Karusel

                  

Burkina Fasonunun Nassumbu yaşayış məntəqəsində (Sum əyaləti) radikal silahlılar hərbi bazaya hücum ediblər.
Trend-in məlumatına görə, silahlıların hücumu nəticəsində müdafiə və təhlükəsizlik qüvvələrinin 4 əməkdaşı həlak olub, daha 4-ü isə yaralanıb.
Bildirilir ki, bazanın hərbçiləri yardıma gələn hərbçilərlə birlikdə radikallarla atışmaya başlayıblar. Nəticədə hücum edən silahlılar Mali sərhədi istiqamətində geri çəkiliblər.
Xatırladaq ki, yanvarın 27-si bir qrup silahlı şəxs Sum əyalətinin Sikire yaşayış məntəqəsinə hücum edib. Hücum edən silahlılar yaşayış məntəqəsində 10 nəfəri qətlə yetiriblər.



Baxış sayı: 384


Bölməyə aid digər xəbərlər