Bütün xəbərlər
Birinci vitse-prezident: İran Suriyanın silahlı münaqişədən sonra bərpasına yardım edəcək
Tarix: 29-01-2019 09:26 | Bölmə: Karusel

                


İran Suriyanın silahlı münaqişədən sonra bərpasına yardım edəcək.
Trend-in "Reuters"ə istinadən verdiyi məlumata görə, bu barədə İranın birinci vitse-prezidenti Eshak Cahangiri Dəməşqə səfəri zamanı bildirib.
E.Cahangiri deyib: "Biz Suriyanı terrorrizmlə mübarizədə dəstəklədiyimiz kimi yenidənqurma dövründə də dəstəkləyəcəyik".
Birinci vitse-prezident qeyd edib ki, onun səfəri çərçivəsində İran və Suriya bank sahəsində saziş imzalayıblar.
E.Cahangiri həmçinin bildirib ki, İran Suriyanın Latakiya əyalətində elektrik stansiyası tikəcək.



Baxış sayı: 339


Bölməyə aid digər xəbərlər