Bütün xəbərlər
Tramp federal hokümətin işini növbəti dəfə dayandıracağını istisna etməyib
Tarix: 28-01-2019 08:06 | Bölmə: Karusel

                             

ABŞ prezidenti Donald Tramp üç həftə sonra Konqresin Meksika ilə sərhəddə divarın inşa edilməsinə lazımlı vəsait ayırmayacağı təqdirdə federal hokümətin işini növbəti dəfə dayandıracağını istisna etməyib.
"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda dövlət başçısı "The Wall Street Journal" qəzetinə müsahibəsində bildirib.
Qəzetin dövlət başçısının hökumətin növbəti "şatdaun"unu istisna edib-etməyəcəyi barədə sualına cavabında Tramp bildirib ki, hadisələrin bu cür inkişafı şübhəsiz variantlardan biridir.
Tramp ötən həftənin cümə günü fəaliyyətini büdcə böhranına görə ölkə üçün rekord - 35 gündə dayandırmış hökumətin işinin 15 fevrala qədər bərpası üçün pul vəsaitlərinin ayrılması haqqında qanun layihəsini imzalayıb. 
Daha əvvəl Birləşmiş Ştatların prezidenti bildirib ki, o, federal hokümətin işini yeniləməsi ilə bağlı fərman imzalayacaq.



Baxış sayı: 327


Bölməyə aid digər xəbərlər