21:31 / 09-04-2026
İki azyaşlı yaralandı
Bütün xəbərlər
Niderlandda keçirilən turnirin qalibi məlum oldu
Tarix: 28-01-2019 02:12 | Bölmə: Karusel



Niderlandda keçirilən ənənəvi “Tata Steel Masters-2019” turniri başa çatıb.
Oxu.Az xəbər verir ki, dünya çempionu norveçli Maqnus Karlsen turnirin qalibi olub.
O, turniri 9 xalla başa vurub.
Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarovla Teymur Rəcəbovisə son turda rusiyalı şahmatçılarla qarşılaşıblar. Ş. Məmmədyarov Vladimir Fedoseyev, Teymur Rəcəbov isə Yan Nepomnyaşi ilə üzə-üzə gəlib. Qarşılaşmalar heç-heçə başa çatıb.
T. Rəcəbov turniri 6,5, Ş. Məmmədyarov isə 5 xalla başa vurub.



Baxış sayı: 358


Bölməyə aid digər xəbərlər