Bütün xəbərlər
Novak Cokoviç yeddinci dəfə “Australian Open” turnirinin qalibi olub
Tarix: 28-01-2019 00:35 | Bölmə: Karusel

Serbiyalı tennisçi Novak Cokoviç “Australian Open-2019” turnirinin final görüşündə Rafael Nadala qalib gələrək turnirin qalibi olub.
Trend-in məlumatına görə, ümumi mükafat fondu 44,5 milyon dollar olan turnirin final qarşılaşması iki saatdan artıq davam edib.
Qeyd edək ki, serbiyalı tennisçi karyerası ərzində yeddinci dəfə “Australian Open” turnirinin qalibi olub. Novak tennis tarixində yeni rekorda imza atıb. O, karyerası ərzində 73 titul qazanıb.
Bu tennisçilər 53-cü dəfədir ki, bir-biri ilə görüşürlər. Onların 28-də Novak, 25-də isə Rafael qalib ayrılıb.



Baxış sayı: 379


Bölməyə aid digər xəbərlər