Bütün xəbərlər
Sumqayıtda yeni ana olmuş qadın xəstəxanada öldü
Tarix: 27-01-2019 01:14 | Bölmə: Karusel

               Sumqayıtda yeni ana olmuş qadın xəstəxanada öldü


Ötən gecə Sumqayıt şəhər 1 nömrəli şəhər xəstəxanasında ölüm hadisəsi baş verib.
BiG.AZ xezerxeber.az-a istinadən bildirir ki, 1992 -ci il təvəllüdlü Ələsgərova Təranə Zeyid qızının axşam saatlarında vəziyyəti pisləşdiyindən Sumqayıt şəhər 1 nömrəli şəhər xəstəxanasının kardioloji şöbəsinə yerləşdirilib. Onun vəziyyəti ağır olduğundan həyatını xilas etmək mümkün olmayıb, qadın xəstəxanada dünyasını dəyişib.
Məlumat üçün bildirək ki, T. Ələsgərova yanvarın 17-də ana olubmuş.
Məlumatı 1 nömrəli şəhər xəstəxanasından da təsdiq ediblər.



Baxış sayı: 358


Bölməyə aid digər xəbərlər