Bütün xəbərlər
İranda havanın çirkliliyi təhlükəli həddə çatıb
Tarix: 26-01-2019 23:52 | Bölmə: Karusel

                        

İranın Ərak şəhərində havanın çirkliliyi həssas insanlar üçün təhlükəlidir.
Trend-in məlumatına görə, bunu İranın Mərkəzi vilayəti Ətraf Mühitin Mühafizəsi Baş İdarəsinin direktoru Rza Mirzayi deyib.
Mirzayinin sözlərinə görə, hava keyfiyyətinin göstəricisi bu gün 41 mikroqram/kubmetrə çatıb. Bu da havanın təhlükəli olduğunu göstərir.
İranın Kirmanşah vilayəti Ətraf Mühitin Mühafizəsi Baş İdarəsinin direktor müavini Azər Vəlizadə vilayətin 4 şəhərində - Qəsre-Şirin, Kirmanşah, Pavə və Kəngavər şəhərlərində hava çirkliliyinin xəbərdarlıq səviyyəsində olduğunu deyib.
Vəlizadə əlavə edib ki, hava çirkliliyi Qəsre-Şirində 239 mikroqram/kubmetr, Kirmanşahda 331 mikroqram/kubmetr, Pavədə 238 mikroqram/kubmetr və Kəngavərdə 197 mikroqram/kubmetrdir.



Baxış sayı: 339


Bölməyə aid digər xəbərlər