Bütün xəbərlər
Bilirdim ki, “Qarabağ”la oyun... - "Şaxtyor"un baş məşqçisi
Tarix: 26-01-2019 20:41 | Bölmə: Karusel

                       



Yaxşı oyun keçirdik, xüsusilə ilk hissədə. Düşünürəm ki, futbolçular verdiyim tapşırıqların öhdəsindən gəldilər. Biz yaxşı təşkil olunmuş komandaya qarşı mübarizə apardıq.
Axar.az xəbər verir ki, bu sözləri “Şaxtyor Donetsk” klubunun baş məşqçisi Paulu Fonseka “Qarabağ” komandası ilə keçirilən yoldaşlıq görüşündən sonra təşkil olunmuş mətbuat konfransında deyib.
Baş məşqçi bildirib ki, rəqibin “Vorskla” və “Sportinq”lə oyunlarını izləmişəm. Bilirdim ki, oyun çətin keçəcək çünki “Qarabağ” güclü komandadır. Hər il demək olar ki, avropakuboklarda iştirak edir. Təəssüf ki, bu gün hava şəraiti olduqca pis idi, amma yenə də qarşılaşmadan razıyam.
Qeyd edək ki, “Şaxtyor” klubu ilə yoxlama oyununda “Qarabağ” 1:3 hesabı ilə məğlub olub.



Baxış sayı: 358


Bölməyə aid digər xəbərlər