Bütün xəbərlər
Bakıda “İmadəddin Nəsimi - 650” adlı geniş kitab sərgisi açılacaq
Tarix: 26-01-2019 19:52 | Bölmə: Karusel

                  


Yanvarın 29-da M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “İmadəddin Nəsimi - 650” adlı geniş kitab sərgisi açılacaq.
Kitabxanadan Trend-ə verilən məlumata görə, tədbir Prezident İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi və 2019-cu ilin “Nəsimi ili” elan olunması haqqında imzaladığı müvafiq sərəncamlara əsasən təşkil ediləcək.
Sərgidə Nəsiminin əsərləri, əlyazmaları, daşbasma kitabları və haqqında işıq üzü görən elmi, publisist kitab və məqalələr nümayiş ediləcək.
Sərgi il ərzində ictimaiyyətə açıq olacaq.



Baxış sayı: 371


Bölməyə aid digər xəbərlər