Bütün xəbərlər
Maykl Pompeo BMT Təhlükəsizlik Şurasının Venesuelaya dair iclasına qatılacaq
Tarix: 25-01-2019 21:13 | Bölmə: Karusel

                              

ABŞ-ın dövlət katibi Maykl Pompeo BMTTəhlükəsizlik Şurasının yanvarın 26-da keçiriləcək iclasında iştirak edəcək.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin məlumatında bildirilir.
“Maykl Pompeo BMT Təhlükəsizlik Şurasının iclası zamanı ABŞ hökumətinin Venesuela xalqının dəstəkləməsinin əhəmiyyətini vurğulayaraq üzv ölkələri və beynəlxalq birliyi Venesuelanın özünü prezident səlahiyyətlərinin müvəqqəti icraçısı elan etmiş Xuan Quaydonu tanımaqla beynəlxalq sülh və təhlükəsizliyə dəstək verməyə israrla çağıracaq. Habelə keçid hökumətinin demokratiyanı və hüquqi asayişi bərpa etmək istiqamətindəki səylərinin dəstəklənməsini istəyəcək”, - deyə Dövlət Departamentinin məlumatında vurğulanır.



Baxış sayı: 277


Bölməyə aid digər xəbərlər