21:31 / 09-04-2026
İki azyaşlı yaralandı
Bütün xəbərlər
9 bələdiyyə ilə bağlı məhkəmədə iddia qaldırılıb
Tarix: 25-01-2019 19:02 | Bölmə: Karusel

                    


Təklifləri icra etmədiyi üçün 9 bələdiyyə ilə bağlı məhkəmədə iddia qaldırılıb. Bu iddialardan 4-ü baxılaraq təmin edilib, 5 iş isə məhkəmələrin icraatındadır.
Trend-in məlumatına görə, bunu ədliyyə nazirinin müavini Vilayət Zahirov deyib.
Nazir müavini qeyd edib ki, Azərbaycanda bələdiyyə aktlarının hüquqi ekspertizasına diqqət artırılıb:
“Ötən il bələdiyyə aktlarının 2200-dən çoxunun ləğv edilməsi və ya dəyişdirilməsi ilə bağlı təkliflər verilib. Bələdiyyələr bu təklifləri qəbul edib, aktlarda düzəlişlər ediblər”.
V.Zahirov bildirib ki, qanunvericiliyə əməl etməyən bələdiyyə sədrləri ilə bağlı inzibati tənbeh tədbirlərinin görülməsi ilə üçün müəyyən dəyişiklik olunub.



Baxış sayı: 262


Bölməyə aid digər xəbərlər