21:31 / 09-04-2026
İki azyaşlı yaralandı
Bütün xəbərlər
Milli Məclisin İntizam komissiyasına yeni üzvlər seçilir - SİYAHI
Tarix: 25-01-2019 12:31 | Bölmə: Karusel

                             


Miilli Məclisin İntizam komissiyasına yeni üzvlər seçilir.
Trend-in məlumatına görə, Milli Məclisin qərarının layihəsinə əsasən, komissiyanın tərkibi yenidən formalaşır.
Belə ki, komissiyanın tərkibinə deputatlar Ağacan Abıyev, Xanlar Fətiyev, Malik Həsənov, Sevinc Hüseynova, Fəzail İbrahimli, Məlahət İbrahimqızı, Mirkazım Kazımov, Pərvin Kərimzadə, Hikmət Məmmədov, Səttar Möhbalıyev və Fazil Mustafa daxil edilir.
Hazırda isə komissiyanın tərkibinə Ağacan Abıyev, Məlahət İbrahimqızı, Xanlar Fətiyev, Mirkazım Kazımov, Səttar Möhbalıyev, Fazil Mustafa və Kamran Nəbizadə daxildir.
İntizam Komissiyasının yeni tərkibi ilə bağlı məsələ Milli Məclisin fevralın 1-də keçiriləcək iclasının gündəliyinə daxil edilib.



Baxış sayı: 337


Bölməyə aid digər xəbərlər