21:31 / 09-04-2026
İki azyaşlı yaralandı
Bütün xəbərlər
İndoneziyada daşqınlar 59 nəfəri öldürdü, 25 nəfəri itirdi...
Tarix: 25-01-2019 11:51 | Bölmə: Karusel

                            


İndoneziyanın Cənubi Sulavesi vilayətində güclü daşqınlar davam etməkdədir.
Trend-in məlumatına görə, Cənubi Sulavesi vilayətinin Təbii fəlakətlərin qarşısının alınması üzrə Agentliyinin rəhbəri təbii fəlakət nəticəsində ölənlərin sayının 59-a çatdığını bildirib.
Onun sözlərinə görə, daha 25 nəfər daşqınlar nəticəsində itkin düşüb. Bundan əlavə, 3 mindən artıq insan öz evini tərk etmək məcburiyyətində qalıb.
Vilayətdə daşqınların səbəbi isə aramsız yağan yağışlar zamanı Makasara şəhəri yaxınlığındakı su bəndinin açılması olub. Məlumata görə, dolmuş su bəndi açılmasaydı, daha ağır nəticələr ola bilərdi.



Baxış sayı: 314


Bölməyə aid digər xəbərlər