Bütün xəbərlər
"Marsel" klubu Mario Balotellini transfer edib
Tarix: 23-01-2019 20:31 | Bölmə: Karusel

                            


İtaliya milli komandasının futbolçusu Mario Balotelli Fransanın "Nitsa" klubundan "Marsel"ə keçib.
"Report"un məlumatına görə, 29 yaşlı hücumçu yeni komandasına azad agent qismində transfer olub.
Onunla cari mövsümün sonunadək müqavilə bağlanılıb. Balotelli bu müddətdə 10 qol vura bilsə, 600 min avro qazanacaq. Qalmaqallı forvard "Marsel"də özünü yaxşı aparsa və etika qaydalarına əməl etsə, daha 800min avro əldə edəcək.
Qeyd edək ki, Mario Balotelli "Nitsa"da 2016-cı ildən forma geyinirdi. O, əvvəllər İtaliyanın "İnter" və "Milan", eləcə də İngiltərənin "Mançester Siti" və "Liverpul" komandalarında da çıxış edib. 



Baxış sayı: 324


Bölməyə aid digər xəbərlər