Bütün xəbərlər
Tərtərdə həmyerlisini bıçaqlayan şəxs saxlanılıb
Tarix: 23-01-2019 19:32 | Bölmə: Karusel

                               

Yanvarın 21-də Tərtər şəhəri ərazisində şəhər sakini Faiq Həsənov münaqişə zəminində həmyerlisi Pərviz Hüseynova bıçaqla daxilə nüfuz etməyən xəsarət yetirib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsində faktla bağlı Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.
F.Həsənov polis əməkdaşları tərəfindən saxlanılıb.



Baxış sayı: 300


Bölməyə aid digər xəbərlər