Bütün xəbərlər
Mübahisəli oyun epizodu hakimi çətin vəziyyətdə qoydu
Tarix: 23-01-2019 04:25 | Bölmə: Karusel



Meksika çempionatının “Qvadalaxara” - “Toluka” matçı zamanı gözlənilməz hadisə baş verib.
Oxu.Az xəbər verir ki, oyunun bitməsinə 10 dəqiqə qalmış “Qvadalaxara”nın qapıçısı Raul Qudinyo topu elə dəf edib ki, onun xətti keçib-keçmədiyini həmin an müəyyən etmək mümkün olmayıb.
Bu üzdən oyunun hakimi videotəkrar sisteminə müraciət etmək qərarına gəlib. O, səkkiz dəqiqə epizoda baxıb və nəticədə qolu qeydə almayıb.
Qeyd edək ki, oyun “Qvadalaxara”nın 1:0 hesablı qələbəsi ilə başa çatıb.



Baxış sayı: 334


Bölməyə aid digər xəbərlər