21:31 / 09-04-2026
İki azyaşlı yaralandı
Bütün xəbərlər
Yunan-roma güləşi üzrə Sumqayıt birinciliyinin qalibləri müəyyən oldu
Tarix: 22-01-2019 01:12 | Bölmə: Karusel

16-17 yanvar 2019-cu il tarixlərində “Alüminiumçu” İdman Evində yunan-roma güləşi üzrə “20 yanvar” şəhidlərinin xatirəsinə həsr edilmiş 2002-2004-cü il təvəllüdlü yeniyetmələr arasında şəhər birinciliyi keçirilmişdir. İki gün davam edən gərgin idman mübarizəsi şəraitində keçən yarışda İsaməddin İsgəndərov (45 kq), Teymur Əhmədli (48 kq), Əli Həsənov (51 kq), Fərid Xəlilov (55 kq), İsmayılzadə Vüqar (60 kq), Bayramov Tural (65 kq), Məhərrəmli Nurlan (71 kq), Ağayev Eldəniz (85 kq), Məmmədov Ağalar (92 kq) və Murad Bəhlulzadə (110 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar.
Yarışın qalib və mükafatçıları şəhər Gənclər və İdman Baş İdarəsinin fəxri fərmanı və hədiyyələri ilə təltif olumuşdur.
Sabaha-inamla.az



Baxış sayı: 300


Bölməyə aid digər xəbərlər