21:31 / 09-04-2026
İki azyaşlı yaralandı
Bütün xəbərlər
Avtobus 68 yaşlı qadını xəstəxanalıq etdi
Tarix: 21-01-2019 11:11 | Bölmə: Karusel

                


Bakıda avtobus 68 yaşlı qadın piyadanı vurub.
Trend-in məlumatına görə, hadisə ötən gün Qara Qarayev prospektində qeydə alınıb. Şahidlərin sözlərinə görə, 15 nömrəli sərnişin avtobusu yaşlı qadını vuraraq təkərin altına atıb. Nəticədə yaşlı qadın müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya çatdırılıb.
3 saylı Şəhər Klinik Xəstəxanasından Trend-ə verilən məlumata görə, 1950-ci il təvllüdlü Ağalarova Afərim Kamran qızı ötən gün saat 12 radələrində xəstəxanaya yerləşdirilib:
"Sağ baldırının sınması, böyük ölçüdə zədələnərək soyulması xəsarətləri ilə gətirilib. Hazırda onun vəziyyəti sabit ağır olaraq qiymətləndirilir".



Baxış sayı: 341


Bölməyə aid digər xəbərlər