Bütün xəbərlər
Terrorçular Malidə BMT-nin düşərgəsinə hücum edərək 8 sülhməramlını öldürüblər
Tarix: 20-01-2019 20:01 | Bölmə: Karusel

     

Malinin Agelk kommunasında terrorçular BMT-nin düşərgəsində hücum edərək 8 sülhməramlını qətlə yetiriblər.
Trend-in məlumatına görə, bu barədə BMT-nin Malidə vəziyyətin sabitləşdirilməsi üzrə missiyasının (MINUSMA) "Facebook" səhifəsində deyilir.
Məlumatda bildirilir: "İlkin məlumata əsasən, hücum nəticəsində 8 sülhməramlı həlak olub, bir çoxu isə yaralanıb".
Qeyd edilir ki, yaralanan sülhməramlılar missiyanın xəstəxanalarına yerləşdiriliblər.



Baxış sayı: 344


Bölməyə aid digər xəbərlər