Bütün xəbərlər
Şirvanda 80 yaşlı kişi evində ölü tapılıb
Tarix: 20-01-2019 19:34 | Bölmə: Karusel

                        

    Şirvan şəhərində yerləşən evlərdən birində kişi meyiti aşkar edilib.
“Report”un Mil-Muğan bürosunun məlumatına görə, 1938-ci il təvəllüdlü şəhər sakini Mirzəyev Nazim Abdulla oğluna məxsus meyit mərhumun yaşadığı Mehmandarov küçəsi, 34 ünvanında tapılıb.
Meyit muayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Şirvan şəhər şöbəsinə yerləşdirilib.
Qeyd edilir ki, mərhumun üzərində heç bir zorakılıq əlamətləri aşkar olunmayıb. Qonşuların bildirdiyinə görə, kimsəsiz və tək yaşayan 80 yaşlı kişi öz əcəli ilə ölüb.
Faktla bağlı araşdırma aparılır.
Şirvanda yanvarın 14-də də mənzildən meyit aşkar edilib.




Baxış sayı: 302


Bölməyə aid digər xəbərlər