Bütün xəbərlər
Ağstafada yanğın baş verib, xəsarət alan var
Tarix: 20-01-2019 11:55 | Bölmə: Karusel

                              


Ağstafada yanğın qeydə alınıb.
Trend-in FHN-ə istinadən verdiyi məlumata əsasən, rayonun Poylu kəndində bir dam altında tikilmiş 3 ailənin yaşadığı birmərtəbəli binada ümumi sahəsi 140 m² olan 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları 20 m² sahədə, digər otağının qapı-pəncərə çərçivəsi 6 m² sahədə və dam örtüyünün yanar konstruksiyaları 40 m² sahədə yanıb.
Yanğın zamanı 1 nəfər xəsarət alıb.
Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.



Baxış sayı: 298


Bölməyə aid digər xəbərlər