Bütün xəbərlər
"Real Madrid" "Sevilya"nı məğlub etdi, turnir cədvəlində 3-cü pilləyə yüksəldi
Tarix: 20-01-2019 00:59 | Bölmə: Karusel

Madrid "Real"ı İspaniya Çempionatı çərçivəsində "Sevilya"nı 2:0 hesabı ilə məğlub edib.
Trend-in məlumatına görə, oyun 20-ci tur çərçivəsində "Santiaqo Bernabeu" stadionunda keçirilib.
Qolları 78 və 90-cı dəqiqələrdə Kazemiro və Luka Modriç vurub.
"Real" 36 xal toplayaraq turnir cədvəlində 3-cü yerə çıxıb, "Sevilya" isə 33 xalla 4-cüdür.



Baxış sayı: 338


Bölməyə aid digər xəbərlər