Bütün xəbərlər
"Sabah" Macarıstan komandasını məğlub edib
Tarix: 19-01-2019 20:09 | Bölmə: Karusel

                                 

 Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan “Sabah” komandası üçüncü yoxlama oyununu keçirib.
“Report” xəbər verir ki, Elşad Əhmədovun baş məşqçi olduğu kollektiv Macarıstan MTK-sı ilə qarşılaşıb. Görüş Premyer Liqanın debütantının 3:1 hesablı qələbəsi ilə başa çatıb.
“Sabah”ın qollarını 25-ci dəqiqədə Vadim Abdullayev, 30-cu dəqiqədə Marko Deviç və 90-cı dəqiqədə Cavid İmamverdiyev vurub.
Qeyd edək ki, daha öncə Türkiyə “Eskişehirspor”unu 1:0 hesabı ilə məğlub edən “Sabah”, Qazaxıstan “Tobol”u ilə heç-heçə edib - 2:2.



Baxış sayı: 347


Bölməyə aid digər xəbərlər