Bütün xəbərlər
Neftçalada üç uşaq anası itkin düşüb - FOTO
Tarix: 18-01-2019 23:21 | Bölmə: Karusel

                                  

Neftçala rayonunda üç uşaq anası itkin düşüb. 
"Report"un Aran bürosu xəbər verir ki, hadisə rayonun Kürqarabucaq kəndində qeydə alınıb. 
Belə ki, 1994-cü il təvəllüdlü Nuranə Elxan qızı Səmədova yanvarın 10-da gecə saat 05:00 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb. Artıq bu barədə doğmaları tərəfindən polisə məlumat verilib. Hadisənin səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.







Baxış sayı: 338


Bölməyə aid digər xəbərlər