Bütün xəbərlər
Qeydə alınan prezidentliyə namizədlərin sayı 10-a çatdı
Tarix: 18-01-2019 20:27 | Bölmə: Karusel
                   


              

Ukrayna Mərkəzi Seçki Komissiyası yanvarın 18-də keçirilən iclasında daha iki nəfərin prezidentliyə namizədliyini təsdiqləyib. Modern.az xəbər verir ki, bu dəfə Ali Radanın deputatı Olqa Boqomelets və “5.10” siyasi partiyanın lideri Genadi Balaşovun prezidentliyə namizədlikləri qeydə alınıb.
 
Bununla da prezidentliyə namizədlərin sayı 10-a çatıb. Daha iki nəfərin namizədliyinin qeydə alınmasından isə imtina edilib.
 
Qeyd edək ki, Ukraynada prezident seçkiləri martın 31-də keçiriləcək.







Baxış sayı: 295


Bölməyə aid digər xəbərlər