Bütün xəbərlər
Sınaq imtahanlarına qeydiyyat sabah başa çatır
Tarix: 18-01-2019 19:03 | Bölmə: Karusel

                                    


Dövlət İmtahan Mərkəzində (DİM) keçiriləcək elektron sınaq imtahanında iştirak etmək üçün qeydiyyat yanvarın 19-u saat 9-da başa çatacaq.
Mərkəzdən Trend-ə verilən məlumata görə, sınaq imtahanı dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədi daşıyır. İmtahan AA, AB, AC, BA, BB qrupları üzrə yanvarın 19-u saat 10-da keçiriləcək.
Namizədlər imtahanı DİM-in Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verəcəklər.
Qeyd edək ki, imtahanda iştirak etmək üçün qeydiyyat yanvarın 4-də başlayıb. Qeydiyyatdan keçmək üçün bu linkə daxil olmaq lazımdır.



Baxış sayı: 317


Bölməyə aid digər xəbərlər