Bütün xəbərlər
Rusiyada 15 nəfər şaurmadan zəhərləndi
Tarix: 18-01-2019 19:00 | Bölmə: Karusel

              


Rusiyanın Voronej şəhərində şaurma yedikdən sonra 15 nəfər xəstəxanaya yerləşdirilib.
Trend-in məlumatına görə, onlardan 6 nəfərinə salmonelyoz diaqnozu qoyulub.
Onların vəziyyəti orta ağır qiymətləndirilir. Zəhərlənən şəxslərin müalicəsi bir neçə gün də davam etdiriləcək.
Qeyd olunur ki, müştərilər şaurmanı eyni müəssisədən alıb. Hazırda həmin müəssisə ilə bağlı araşdırmalar başlayıb.



Baxış sayı: 365


Bölməyə aid digər xəbərlər