Bütün xəbərlər
İsveçrədə 20 Yanvar faciəsinə həsr olunmuş poçt markası buraxılıb
Tarix: 18-01-2019 12:41 | Bölmə: Karusel







İsveçrədə 20 Yanvar faciəsinə həsr olunmuş poçt markası buraxılıb. Bu barədə Azərbaycan səfirliyi ilə bu ölkənin dövlət poçt müəssisəsi olan “İsveçrə Poçt” Səhmdar Cəmiyyəti (“Schweizerische Post“ AG) arasında razılaşma əldə edilib.
Azərbaycanın İsveçrədəki səfirliyindən Trend-ə verilən məlumata görə, həmin poçt markaları qeyri-kommersiya məqsədilə buraxılıb və səfirlik tərəfindən istifadə ediləcək.
Eyni zamanda, bu markalar başqa maraqlı tərəflərə göndəriləcək.
Həmçinin 20 Yanvar barədə İsveçrə ictimaiyyətinin məlumatlandırılması istiqamətində səfirlik tərəfindən müxtəlif tədbirlər keçiriləcək.



Baxış sayı: 333


Bölməyə aid digər xəbərlər