Bütün xəbərlər
Liviyada 10 nəfər toqquşmaların qurbanı olub, onlarla yaralı var
Tarix: 18-01-2019 00:35 | Bölmə: Karusel

                                 


Liviyanın paytaxtı Tripolidə ikinci gündür aramsız davam edən silahlı toqquşmalar zamanı 10 nəfər həlak olub, 40-dan çox insan yaralanıb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Al-Wasat" xəbər portalı ölkənin Milli Barışıq Hökuməti yanında Səhiyyə Nazirliyinin açıqlamasına istinadən xəbər verib.
"Çərşənbə günündən qızışan toqquşmalar nəticəsində həlak olanların sayı 10 nəfərə çatıb", - deyə açıqlamada qeyd olunur. Bildirilir ki, qadınlar və uşaqlar da daxil olmaqla, daha 41 nəfər xəsarət alıb.
Daha əvvəl Üsamə əl-Mehrahi şəhərinin Təcili Yardım Xidmətinin rəsmi nümayəndəsi bildirib ki, ölənlər arasında 3 dinc sakin də var. 
Liviyanın sahil mühafizə xidməti Avropaya yol alan 113 miqrantı xilas edib.



Baxış sayı: 336


Bölməyə aid digər xəbərlər