Bütün xəbərlər
İki erməni əsgəri minaya düşdü
Tarix: 17-01-2019 14:33 | Bölmə: Karusel

                  

Ermənistan silahlı qüvvələrində qeyri-döyüş itkilərinin sayı artmaqda davam edir.
Trend erməni KİV-lərinə istinadən məlumat verir ki, ermənilərin iki hərbi qulluqçusu piyada əleyhinə minaya düşərək ağır bədən xəsarətləri alıblar: "Hərbçilər təcili hərbi tibb müəssisəsinə təxliyə ediliblər. Faktla bağlı cinayət işi açılıb və araşdırma aparılır".
Qeyd edək ki, yanvarın 16-da erməni mətbuati Tavuş vilayəti Barekamavan kəndinin sakini Arman Mikaelyanın minaya düşərək yaralanması barədə məlumat vermişdi.



Baxış sayı: 326


Bölməyə aid digər xəbərlər