Bütün xəbərlər
Tokio Yaponiyaya məxsus balıqçı gəmilərinin cərimə olunmasına görə Moskvaya etirazını bildirib
Tarix: 17-01-2019 11:59 | Bölmə: Karusel




Tokio, 17 yanvar, AZƏRTAC 
Yaponiya Xarici İşlər Nazirliyi Rusiya FTB-nin sərhəd xidməti Cənubi Kuril adaları yaxınlığında müvafiq icazə sənədləri olmadan balıqçılıqla məşğul olan Yaponiyaya məxsus iki gəmini cərimələdiyinə görə Rusiyaya tərəfinə etirazını bildirib.
AZƏRTAC xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb. Yaponiya XİN-in etiraz məktubundan sitat gətirən agentlik yazır: “Rusiya tərəfinin hərəkəti qətiyyən qəbuledilməzdir”.
Agentlik qeyd edir ki, yanvarın 7-də Rusiya sərhədçiləri Kuril adaları yaxınlığında balıq ovlayan iki yapon gəmisini sənədləri yoxlamaq üçün saxlayıblar. Balıqçılara ov üçün lazım olan bütün sənədlərin olmadığını bildirən sərhədçilər onlardan yerində cərimə ödəməyi tələb ediblər. Cərimənin məbləği barədə məlumat verilmir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri




Baxış sayı: 335


Bölməyə aid digər xəbərlər