Bütün xəbərlər
Tbilisidə yaşayış binasında partlayış baş verib
Tarix: 16-01-2019 21:57 | Bölmə: Karusel

                          

Gürcüstanın paytaxtı Tbilisi şəhərinin Didi Diğomi rayonunda yerləşən yaşayış binalarının birində partlayış baş verib.
“Report”un Gürcüstan bürosunun məlumatına görə, partlayışa qaz sızması səbəb olub.
Nəticədə binada dağıntı baş verib, pəncərələr sınıb. Hadisə yerinə xilasedicilər, yanğınsöndürən və "təcili tibbi yardım" maşınları cəlb olunub.
Dağıntılar altında bir neçə şəxsin qaldığı bildirilir.



Baxış sayı: 355


Bölməyə aid digər xəbərlər