Bütün xəbərlər
Ağdaşda "Mercedes" velosipedçini vurub öldürdü
Tarix: 15-01-2019 23:44 | Bölmə: Karusel

Ağdaş rayonunda yol qəzası baş verib.
Trend-in məlumatına görə, hadisə rayonun Zeynəddin kəndi ərazisində olub.
1968-ci il təvəllüdlü Nəsimi Məsimov idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən yolun kənarı ilə velosiped sürən kənd sakini, 1994-cü il təvəllüdlü Məhəmməd Osmanovu vurub.
Hadisə nəticəsində xəsarət alan M.Osmanov xəstəxanaya aparılsa da, orada ölüb.
Faktla bağlı araşdırma aparılır.



Baxış sayı: 336


Bölməyə aid digər xəbərlər