Bütün xəbərlər
Bakıda sevgilisini bıçaqlayan şəxsin şikayəti əsasında məhkəmə başlayıb
Tarix: 15-01-2019 20:13 | Bölmə: Karusel

                            


Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Racxan İbrahimovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
"Report"un xəbərinə görə, hakim Elmar Rəhimovun sədrliyi keçirilən prosesdə təqsirləndirilən şəxsin və ailə üzvlərinin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası yanvarın 21-nə təyin edilib.
Qeyd edək ki, R.İbrahimov Bakıda sevgilisi Ellada Əlizadəni qısqanclıq zəminində bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.
O, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.



Baxış sayı: 388


Bölməyə aid digər xəbərlər