Bütün xəbərlər
Moskva aeroportlarında bomba həyəcanı
Tarix: 14-01-2019 13:12 | Bölmə: Karusel


                                

Rusiyanın paytaxtı Moskvada Vnukovo hava limanında polis yoxlama aparır.
Trend-in məlumatına görə, buna aeroport ərazisində bomba qoyulması barədə anonim zəng səbəb olub.
Qeyd olunur ki, hazırda hava limanının bütün ərazisində xüsusi itlərin vasitəsilə axtarış davam etdirilir.
Bununla belə, aeroport rəhbərliyi təxliyənin planlaşdırılmadığını, hava limanının adi rejimdə işini davam etdirdiyini bildirib.
Eyni zamanda, Domodedovo və Şeremetyevo hava limanlarına analoji anonim zənglərin daxil olduğu deyilir.
Hər üç aeroportda axtarışlar davam etdirilir.



Baxış sayı: 297


Bölməyə aid digər xəbərlər