Bütün xəbərlər
Hindistanda yol qəzasında 11 zəvvar dünyasını dəyişib
Tarix: 06-01-2019 20:00 | Bölmə: Karusel

Hindistanın Tamilnad ştatının Pudukkottay dairəsində yol qəzası nəticəsində 11 zəvvar dünyasını dəyişib.
Trend-in məlumatına görə, zəvvarlar Sabarimala şəhərində Ayappana məbədini ziyarət etdikdən sonra evə qayıdırdı.
Zəvvarların olduğu avtomobil yük maşını ilə toqquşub. 7 nəfər dərhal hadisə yerində ölüb, daha 4 nəfər xəstəxanada dünyasını dəyişib.



Baxış sayı: 339


Bölməyə aid digər xəbərlər