Bütün xəbərlər
ABŞ-da yol qəzası baş verib: 5 uşaq ölüb
Tarix: 05-01-2019 09:19 | Bölmə: Karusel

                     

ABŞ-da yol qəzası baş verib.Trend-in məlumatına görə, hadisə Floridada qeydə alınıb.
"Disney World" əyləncə parkına gedən yolda bir neçə nəqliyyat vasitəsi toqquşub. Qəza nəticəsində 7 nəfər ölüb. Onlardan 5-i uşaqlardır.
Hadisə zamanı həmçinin 8 nəfər xəsarət alıb. Onlardan 2-nin vəziyyətinin ağır olduğu bildirilir.
Yük avtomobillərinin toqquşması həmçinin yanğına səbəb olub. Nəticədə 3 avtomobil tamamilə yanıb.



Baxış sayı: 317


Bölməyə aid digər xəbərlər