Bütün xəbərlər
“Vergani Cup” festivalında şahmatçımız da mübarizə aparacaq
Tarix: 01-01-2019 22:19 | Bölmə: Karusel



Sabah İtaliyanın Villorba şəhərində şahmat üzrə 3-cü “Vergani Cup” festivalı start götürəcək.
AZƏRTAC xəbər verir ki, 40 iştirakçının (onlardan 13-ü qrossmeysterdir) qatıldığı elit turnirdə Azərbaycan təmsilçisi Ülviyyə Fətəliyeva (2301) da iştirak edəcək. İsveçrə sistemi ilə keçiriləcək yarışda 9 turdan sonra qaliblər müəyyənləşəcək.
Üçüncü “Vergani Cup” festivalına yanvarın 6-da yekun vurulacaq.




Baxış sayı: 341


Bölməyə aid digər xəbərlər