Bütün xəbərlər
Sumqayıtda oğurluq etməkdə şübhəli bilinən 4 nəfər saxlanılıb
Tarix: 15-12-2018 23:16 | Bölmə: Karusel

           

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhərində ayrı-ayrı vaxtlarda evlərdən, mağazalardan və avtomobillərdən oğurluqlar etməkdə şübhəli bilinən 4 nəfər saxlanılıb.
DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Sumqayıt ŞPİ 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 13-cü mikrorayon ərazisindəki binalardan birinin liftinin əyləc dolaqlarını, 1 mağazadan plastik qapı, 4 evdən isə təmir-tikinti alətləri və məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Rövşən Əhmədov, 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 8 evdən pul və təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Anar Vəliyev, 1 marketdən və 1 avtomobildən məişət əşyası, 5 evin girişindən su sayğacı oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini Akif Musayev, daha 5 evin girişindən su sayğacları oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Vüsal Məmmədov saxlanılıblar.
Araşdırmalar aparılır.



Baxış sayı: 439


Bölməyə aid digər xəbərlər