Bütün xəbərlər
Masallıda "Mercedes" qaz xəttinə çırpıldı, sürücü öldü
Tarix: 07-12-2018 02:15 | Bölmə: Karusel

Masallı rayonunda yol qəzası baş verib. Trend-in məlumatına görə, hadisə rayonun Öncəqala kəndi ərazisində olub.
Kənd sakini, 1984-cü il təvəllüdlü Məmmədov Müşviq Səməd oğlu idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və yolun kənarındakı qaz xəttinə çırpılıb.
Hadisə nəticəsində ağır xəsarət alan M.Məmmədov xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı cinayət işi başlanıb.


Baxış sayı: 522


Bölməyə aid digər xəbərlər