Bütün xəbərlər
İngiltərə Premyer Liqası: Mersisayd derbisi başa çatıb
Tarix: 02-12-2018 23:17 | Bölmə: Karusel

İngiltərə Premyer Liqasının 14-cü turunda “Liverpul” doğma meydanda şəhərin digər təmsilçisi “Everton”u qəbul edib. Trend-in məlumatına görə, oyun ev sahibi komandasının 1:0 hesablı qalibiyyəti ilə başa çatıb.
Oyunun əsas vaxtına əlavə olunmuş 6-cı dəqiqədə “Liverpul”un futbolçusu Divok Oriqi qələbə topunu vurub.
Hazırda “Liverpul” 36 xalla ikinci pillədə qərarlaşıb.
5 deklabrda keçiriləcək növbəti turda “Liverpul” “Börnli” ilə oynayacaq, “Everton” isə “Nyukasl”ı qəbul edəcək.





Baxış sayı: 367


Bölməyə aid digər xəbərlər