Bütün xəbərlər
Bakı Telefon Rabitəsi MMC-yə məxsus 500 metr kabeli oğurlayan şəxs saxlanılıb
Tarix: 27-11-2018 11:51 | Bölmə: Karusel

                                        

 Bakı Telefon Rabitəsi MMC-nin Sabunçu rayonunda yerləşən 4 saylı xidmətlər mərkəzinin ərazisindən rabitə kabelləri kəsilərək naməlum şəraitdə oğurlanıb. 
Daxili İşlər Nazirliyindən "Report"a bildirilib ki, bu barədə Sabunçu Rayon Polis İdarəsi (RPİ) 12-ci Polis Şöbəsinə (P,) məlumat daxil olan kimi dərhal araşdırmalara başlanılıb.
Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Bakı şəhər sakini Tarıyel Vəliyev saxlanılıb. Araşdırma zamanı saxlanılan şəxsin telefon qovşağına məxsus dirəklərdən ayrı-ayrı vaxtlarda ümumilikdə 500 metr kabeli oğurladığı müəyyən olunub.
Qeyd edək ki, T.Vəliyev oğurladığı kabeli yandıraraq mis halında əlvan metal qəbulu məntəqələrinə satıb. Saxlanılan şəxs barəsində 12-ci Polis Şöbəsində toplanan materiallar araşdırılması üçün Sabunçu RPİ-nin İstintaq Şöbəsinə göndərilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.











Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək
Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.



Baxış sayı: 443


Bölməyə aid digər xəbərlər